Hindistan prezidenti Draupadi Murmu Su-30 MKI qırıcısını Assamdakı Tezpur aviabazasından uçurub.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə prezident katibliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Hindistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı “Himalaya baxan Brahmaputra və Tezpur vadisinə nəzarət edərək” təxminən yarım saat uçub.
Beləliklə, indiki Hindistan lideri Hindistanın üçüncü prezidenti və belə bir uçuş həyata keçirən ikinci qadın prezident oldu. Təyyarə, qeyd edildiyi kimi, 106-cı eskadronun komandiri Navin Kumar tərəfindən idarə olunub.
Su-30MKI qırıcısı Hindistanda “Hindustan Aeronautics Limited” tərəfindən Rusiya lisenziyası əsasında istehsal olunur. Hazırda ölkənin Hərbi Hava Qüvvələrində Rusiyadan gətirilənlər də daxil olmaqla 270-ə yaxın belə təyyarə var.