Hindistan ballistik raketi  sınaqdan keçirdi
24 aprel 2024 06:52 (UTC +04:00)

Hindistan ballistik raketi sınaqdan keçirdi

Hindistan 250 kilometr mənzilli “Kristal Maze-2” ballistik raketini uğurla sınaqdan keçirib.

Lent.az xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən orta mənzilli ballistik raketin sınağı onun əməliyyat qabiliyyətini sübut edib.

“Crystal Maze 2” (Kristal Meyz) kimi tanınan raketin sınaq buraxılışı Hindistanın ittifaq ərazilərindən - Andaman və Nikobar adalarından həyata keçirilib.

Raket Su-30MKI qırıcısından buraxılıb və hədəfinə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2952
avatar

Oxşar yazılar