Hibrid avtomobillərin ixracına qadağan qoyuldu
28 iyul 2023 06:59 (UTC +04:00)

Hibrid avtomobillərin ixracına qadağan qoyuldu

Yaponiya hökuməti mühərrikinin həcmi 1,9 kubsantimetrdən çox olan, hibrid mühərrikli avtomobillərin və yük avtomobilləri üçün təkərlərin Rusiyaya ixracını qadağan edib.

Lent.az "Iwate Nippo"ya istinadən xəbər verir ki, bu barədə ticarət və sənaye naziri Yasutoşi Nişimura brifinqdə məlumat verib.

"Məhdudiyyətlər avqustun 9-da qüvvəyə minəcək", - deyə qeyd olunub.

Nazir əlavə edib ki, Yaponiya Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərə ciddi əməl etmək üçün lazım olan hər şeyi etməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 24126
avatar

Oxşar yazılar