Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus “Mi-17” vertolyotu mikroavtobusa çırpıldı
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hidalqo əyalətində baş verib.
Vertolyot "Qreys" qasırğası nəticəsində Verakruzda dəymiş ziyanın qiymətləndirmək üçün havaya qalxıb. Lakin az sonra pilot idarəetməni itirib. Nəticədə yolda hərəkətdə olan mikroavtobusa çırpılıb.
Sürücünün ayıqlığı sayəsində avtobusda olan sərnişinlər xilas olub. Vertolyotda olan 4 nəfər yüngül xəsarət alıb.
Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.