Böyük Britaniyada HDQ-nin bazasından böyük həcmdə dizel yanacağı oğurlanıb.
Lent.az-ın “Sun” qəzetinə istinadla xəbərinə görə, hadisə Avropanın ən böyük hərbi -dəniz bazası olan Devonportda baş verib.
Qəzet yazır ki, generatorların istifadəsi üçün nəzərdə tutulan tonlarla yanacaq “yoxa çıxıb”. Oğurlanan yanacağın dəyəri təxminən 300 min dollardır.
Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib. Yerli media sözügedən bazanın Britaniyada ən ciddi mühafizə olunan obyekt olduğunu bildirir. Bu şəraitdə oğruların bazaya necə girməsi ciddi müzakirə mövzusudur.