Həmin yanğına görə 11 nəfərə ömürlük həbs  cəzası verildi
31 oktyabr 2025 16:19 (UTC +04:00)

Həmin yanğına görə 11 nəfərə ömürlük həbs cəzası verildi

0

Türkiyədəki hoteldə baş verən və 78 nəfərin həyatını itirdiyi yanğınla bağlı məhkəmə qərarı elan olunub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, məhkəmə hotelin sahibi Halit Ergül də daxil olmaqla 11 nəfəri ömürlük həbsə məhkum edib.

Xatırladaq ki, yanvarın 21-də Bolu vilayətində “Kartalkaya” xizək kurortunda yerləşən hoteldə baş verən yanğında 36-sı uşaq olmaqla 78 nəfər həyatını itirib, 133 nəfər isə yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar