Helikopter qəzasında 6 Pakistan hərbçisi həlak oldu
30 mart 2022 01:47 (UTC +04:00)

Helikopter qəzasında 6 Pakistan hərbçisi həlak oldu

0

Konqo Demokratik Respublikasında BMT-nin sülhməramlı qüvvələrinə (Mavi Dəbilqəlilər) məxsus helikopter qəzaya uğrayıb.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, qəza zamanı 8 hərbçi həlak olub. Onlardan altısı Pakistan, ikisi Rusiya, biri Serbiya vətəndaşıdır.

Pakistan ordusunun yaydığı açıqlamaya görə, qəzanın dəqiq səbəbi bilinmir.

BMT faktı təsdiq edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1259

Oxşar yazılar