Həkimlər 44°C temperaturda işləməyə məcbur edilir-FOTO
22 avqust 2023 03:45 (UTC +04:00)

Həkimlər 44°C temperaturda işləməyə məcbur edilir-FOTO

Fransanın Bordo şəhərindəki əksər xəstəxanalarda iş və müalicə şəraiti dözülməzdir.

Lent.az “Figaro”ya istinadla xəbər verir ki, bu barədə məlumat yayantibb işçilərinin həmkarlar təşkilatları 44°C göstərən termometrin də fotosunu yayıb. 

Bildirilir ki, xəstəxanaların əksər şöbəslərində kondisioner yoxdur. Həkimlər yüksək temperatur şəraitində işləməyə məcburdurlar. Bir çox pasientin isə bu şəraitdə halı pisləşir.

Ginekologiya və neonatologiya şöbələrində isə vəziyyət daha ağırdır. Tibb bacıları son çarə kimi pəncərələri yaş əski ilə örtürlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Oxşar yazılar