Hakim partiyanın namizədi mitinqdən əvvəl GÜLLƏLƏNDİ
02 aprel 2024 10:30 (UTC +04:00)

Hakim partiyanın namizədi mitinqdən əvvəl GÜLLƏLƏNDİ

Meksikada merliyə namizəd mitinqdən əvvəl güllələnib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Meksikada seçki aksiyası ərəfəsində naməlum şəxslər Zelaya şəhərinin merliyinə namizəd Berta Gisela Qaytan Qutyerresi güllələyiblər.

Məlumata görə, hakim Milli Dirçəliş Hərəkatı partiyasından merliyə namizədin qətli Zelaya şəhərinin San Migel Oktopan qəsəbəsində baş verib.

Sosial şəbəkələrdə ən azı altı güllənin eşidildiyi video yayılıb. Namizəd tərəfdarları və təhlükəsizliyin müşayiəti ilə gedərkən atışma açılıb.

Hazırda ölən və ya xəsarət alanların sayı məlum deyil. Qaytanın ölümü isə təsdiqlənib.

# 1746
avatar

Oxşar yazılar