Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili Rusiyaya qarşı döyüşmək üçün gürcü könüllüləri ilə birlikdə Ukraynaya gəlib.
Lent.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili gürcü könüllüləri ilə birlikdə Ukraynadadır və Rusiya ordusu ilə mübarizədə bizə kömək edir”, - məlumatda vurğulanır.
