Gürcüstanda  İŞİD liderlərindən biri   saxlanıldı -  VİDEO
22 aprel 2023 15:29 (UTC +04:00)

Gürcüstanda İŞİD liderlərindən biri saxlanıldı - VİDEO

Gürcüstanın xüsusi xidmət orqanları “İslam Dövləti” (İŞİD) terror təşkilatının qruplaşmalarından birinin liderini saxlayıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə aprelin 22-də Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Onun Gürcüstan vətəndaşı Malxaz Paksaşvili olduğu bildirilir. O, 2013-cü ildə ölkəni tərk edərək Suriyaya gedib və terrorçulara qoşulub.

“2013-2015-ci illərdə o, Sezar və Tsikara Toxoşaşvili qardaşlarının qondarma “hərbi əmirləri” qrupunun sıralarında olub və bu terror təşkilatının həyata keçirdiyi hərbi əməliyyatlarda və hücumlarda fəal iştirak edib”, - məlumatda deyilir. 

Saxlanılan şəxsin “İslam dövləti”nin yüksək səviyyəli komandirləri ilə sıx əlaqədə olduğu və qruplaşmalardan birində qondarma “naib” vəzifəsini tutduğu bildirilir.

Malxaz Paksaşvilini terror təşkilatında iştirak etmək və terror fəaliyyətinə kömək etmək ittihamı ilə 17 ilə qədər həbs cəzası gözləyir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar