Mumbayda istidən 11 nəfər ölüb, təxminən 50 nəfər xəstəxanaya yerləşdirilib. İctimai fəallara dövlət mükafatlarının təqdim edilməsi mərasimi zamanı zərərçəkənlər açıq havada saat yarıma yaxın istidə vaxt keçiriblər.
Bu barədə Lent.az NDTV-yə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, tədbirə bir neçə min insan toplaşıb. Temperatur 38 dərəcə Selsiyə çatanda tamaşaçılar qızmar günəşin altında olublar.