Güney Azərbaycanda sel 3 nəfərin həyatına son qoyub
Lent.az "Mouze" teleqram kanalına istinadən xəbər verir ki, Qərbi Azərbaycan əyalətlərinin Bukan, Mehran və Alamut şəhərlərində baş verən daşqınlar nəticəsində 3 nəfər ölüb.
Qeyd edək ki, İranda zəlzələdən sonra yağan güclü yağışlar selə səbəb olub. Nəticədə yüzlərcə soydaşlarımızın qaldığı çadırlar suyun altında qalıb.