Gündoğar ölkə qapılarını turistlərə açdı
10 iyun 2022 03:54 (UTC +04:00)

Gündoğar ölkə qapılarını turistlərə açdı

Yaponiya 2 illik qadağadan sonra əcnəbi turistlərin gəlişinə icazə verib.

Lent.az xəbər verir ki, bu gündən turistlər kiçik qruplar şəklində Yaponiyaya səfər edə bilər.

Bu gündən 98 ölkənin vətəndaşları üçün səfər qadağası ləğv edilib. Yaponiyaya daxil olmaq üçün PSR testi və tibbi sığorta tələb olunur. Ölkəyə daxil olduqdan sonra karantin tətbiq edilmir.

Turistlər ölkədə maskadan istifadə etməli, operatorlar turistlərin davranışını diqqətdə saxlamalıdır. Xəstə turistlər ölkədən kənarlaşdırılacaq.

Rəsmi Tokio gələn həftədən etibarən ölkəyə daxil olan şəxslərin kvotasını mərhələli şəkildə artıracaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Oxşar yazılar