Tokionun şərqində baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə HNK telekanalı məlumat yayıb.
Yaponiyanın baş naziri Fumio Kişidanın ofisində zəlzələ ətrafında vəziyyətə nəzarət etmək üçün mərkəz fəaliyyətə başlayıb.
Onun əsas vəzifəsi zəlzələlərin nəticələri haqqında məlumat toplamaq və təhlil etməkdir.
Qeyd edək ki, mayın 5-də Yaponiyanın İşikava prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində 540-a yaxın yaşayış binası zərər çəkib.