Rusiyada tələbə güclü küləyin səbəb olduğu hadisə nəticəsində ölüb.
Lent.az REN TV-ə istinadən xəbər verir ki, Kurskda baş verən hadisədə ölən gənc avtotexnika kollecinin tələbəsi olub.
Gəncin hansı şəraitdə öldüyü açıqlanmır. Sosial şəbəkələrdə yerli sakinlər yazır ki, pis hava şəraiti nəticəsində Volokno rayonunda yerləşən hostel dağılıb.
Bildirildiyi kimi, Kurskda qasırğa küləyi evlərin və mağazaların damlarına ziyan vurub.
Ağacların, hasarların və elektrik xətlərinin aşması da qeydə alınıb.
Şəhərin üç rayonunda dağıntılar var.