Cənubi Koreyada təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 124 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
***
10:45
Cənubi Koreyada baş verən təyyarə qəzasından sonrakı ilk anlar.
Lent.az görüntüləri təqdim edir:
***
09:28
Cənubi Koreyada Muan hava limanında “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız iki nəfərin xilas olduğu bildirilir.
Lent.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, yanğınsöndürmə xidmətinin ilkin məlumatına əsasən, 179 nəfər həlak olub. Hələlik 85 nəfərin ölümü təsdiqlənib.
“Yonhap” agentliyi sağ qalanlar barədə məlumatların fərqli olduğunu bildirir. İddia edilir ki, iki qadın və bir ekipaj üzvü xilas olub. “Reuters”in məlumatına görə, iki ekipaj üzvü - bir kişi və bir qadın xilas olub.
***
08:19
Koreya Respublikasında xilas edilən 2 nəfər xaric olmaqla qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxunun həlak olduğu bildirilir.
Lent.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Sosial şəbəkələrdə təyyarənin eniş əsnasında quş sürüsü ilə toqquşduğunu göstərən kadrlar yayılıb.
İlkin versiyaya görə, qəza, quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbilə baş verib.
Ekipaj təyyarəni gövdənin üstündə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya çırpılıb və nəticədə yanğın baş verib.
***
07:18
Cənubi Koreyada təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu haqda ölkənin “Yonhap” xəbər agentliyi məlumat yayıb.
***
05:37
Göyərtəsində 181 nəfərin olduğu Cənubi Koreya təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb
Lent.az xəbər verir ki, Cənubi Koreyada içərisində 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.
İlkin məlumata görə Muan hava limanında baş vermiş təyyarə qəzası nəticəsində 28 nəfər həlak olub. Qəza yerində xilasetmə işləri davam etdirilir.