Sibir Hava Yollarına məxsus Yujno-Saxalinsk - Novosibirsk reysi ilə uçan sərnişin təyyarəsi Bratskda məcburi eniş edib.
Lent.az xəbər verir ki, bu barədə “İnterfaks” hava limanının məlumat bürosuna istinadən məlumat yayıb.
Məlumat mərkəzi bildirib ki, buna səbəb “Boeing 737”nin göyərtəsində olan sərnişinin səhhətinin pis olmasıdır.
Hazırda təyyarə hava limanında qalıb, sərnişinə tibbi yardım göstərilir.