İclasda elektron siqaret  çəkən deputat biabır oldu - VİDEO
30 dekabr 2024 09:25 (UTC +04:00)

İclasda elektron siqaret çəkən deputat biabır oldu - VİDEO

Kolumbiyalı siyasətçi Keti Juvinao parlamentin səhiyyə sistemində islahatlara həsr olunmuş iclasında siqaret çəkib. Bundan sonra o, qalmaqala səbəb olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, insident Nümayəndələr Palatasının prezidenti Xayme Salamankanın Juvinaoya söz verməyə hazırlaşdığı zaman qeydə alınıb.

Bu zaman o, sarı cihazdan buxar çəkib. Kadrlara çəkildiyini anlayan konqresmen nitqinə başlamazdan əvvəl tez vapini gizlədib və tüstü buludu üfürüb.

İnsidentdən dərhal sonra Juvinao qapalı məkanlarda vaplardan istifadəni qadağan edən qanunu pozduğunu qeyd edərək, ictimaiyyət qarşısında üzr istəyib. O, sosial şəbəkədə yazıb:

“Plenar iclasda baş verənlərə görə vətəndaşlardan üzr istəyirəm, sizi əmin edirəm ki, bundan sonra da Palatada əvvəlki kimi çalışacağam”.

Bununla belə, siyasətçinin rəqibləri vəziyyətdən ona qarşı istifadə etmək fürsətini əldən verməyiblər. Deputat Eduard Sarmiento Juvinaoya ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunu xatırladıb və bunun məqsədinin siqaret çəkməyənləri qorumaq olduğunu vurğulayıb.

Hadisə sosial şəbəkələrdə müzakirə fırtınasına səbəb olmaqla yanaşı, həm də siyasətçilərin şəxsi məsuliyyəti, cəmiyyətdəki nümunəvi rolu ilə bağlı geniş müzakirələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2784
avatar

Oxşar yazılar

Bu yolda sürücülər tez-tez cərimələnir - VİDEO

Bu yolda sürücülər tez-tez cərimələnir - VİDEO

24 yanvar 2025 , 18:53
Çılpaq qadın liftə girib kameranı sındırdı - VİDEO

Çılpaq qadın liftə girib kameranı sındırdı - VİDEO

24 yanvar 2025 , 16:16
"Bəxtəvərəm ki, ərim var, ayağını yuyuram" - Ofelya Şabanova

"Bəxtəvərəm ki, ərim var, ayağını yuyuram" - Ofelya Şabanova

24 yanvar 2025 , 15:37
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

24 yanvar 2025 , 10:00
Qorxu evlərində camaatı döyürlər? - REPORTAJ

Qorxu evlərində camaatı döyürlər? - REPORTAJ

23 yanvar 2025 , 18:24
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

23 yanvar 2025 , 10:00
Evində  90 pişik   saxlayan qadın - VİDEO

Evində 90 pişik saxlayan qadın - VİDEO

22 yanvar 2025 , 14:12
Bakıda qəzalı binaya sahib çıxan yoxdur -VİDEO

Bakıda qəzalı binaya sahib çıxan yoxdur -VİDEO

22 yanvar 2025 , 13:59