Dekabrın 22-nə keçən gecə Suraxanı rayonu ərazisində mağazaların birində quraşdırılan və kassa aparatında 5000 manata yaxın maddi vəsait olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı İlham Rəhmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.