Moskva yaxınlığındakı Lyubertsı sakinləripark ərazisindəki gölməçədə üzən qoç başları aşkar ediblər.
Lent.az “Moslenta”ya istinadən xəbər verir ki, bu barədə “Podmoskovye seqodnya” “Telegram” kanalı məlumat yayıb.
Şəhər administrasiyasının nümayəndələri nəşrə bildiriblər ki, heyvan qalıqlarının suya atılması, ehtimal ki, avqustun 1-də baş verib. Başların haradan gəldiyini hələ öyrənmək mümkün olmayıb.
“Hazırda Rusiya Daxili İşlər Nazirliyinin Luberetskoye şəhəri ilə birlikdə bu əməli törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir”, - deyə administrasiyanın mətbuat xidmətindən bildirilib.
Mənbənin sözlərinə görə, hazırda gölməçələr təmizlənib. Parkın işçiləri su anbarlarından kəsilmiş beş baş heyvan çıxarıblar.