Rusiyanın Nijni Novqorod vilayətinin Boqorodski rayonunda göldə qayıq aşıb.
Lent.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Hadisə nəticəsində iki nəfər ölüb, bir uşaq yaralanıb.
Xəsarət alan uşaq xəstəxanaya çatdırılıb.
İlkin məlumatlara görə, ər, arvad və altı yaşlı oğlu göldə şişmə qayıqda raftinq edərkən qayıq aşıb.
Hadisənin təfərrüatları araşdırılır.