Fransız qadın 3 ildir ahıl nənəsi ilə səyahətdədir.
Lent.az-ın xəbərinə görə, gənc qadın 101 yaşlı nənəsi ilə 15 000 km yol qət edib. Qocalar evində depressiyada olan nənəsinə kömək etmək üçün gənc qız onunla İspaniya, Portuqaliya və Fransanı gəzib.
Sosial şəbəkədə səfərləri barədə danışan qız bildirib ki, məqsədi yaşlı adamların tənhalığına diqqəti cəlb etməkdir. O, yaşlı adamların problemlərinə həsr etdiyi kitabında yazır ki, yaşlı adamların “sosial ölüm”ə tərk edilməsi cinayətdir.