Tədqiqatçılar Yerdən 1000 işıq ili uzaqlıqda adi kürədən daha çox futbol topuna bənzəyən ekzoplanet kəşf ediblər.
Lent.az xarici KİV-ə üstinadən xəbər verir ki, “WASP-103b”adlandırılan planet "isti Yupiter" hesab olunur.
O, yalnız bir Yer günündə öz ana ulduzunun ətrafında fırlanır. Planetin yerləşməsi onu ulduzdan gələn radiasiyaya son dərəcə yaxın edir və güclü cazibə qüvvəsinə məruz qalır. Ana ulduzun kütləsi Günəşin kütləsindən 1,22 dəfə böyükdür.
Alimlər planetin içini də öyrənməyə imkan tapıb. Onların fərz etdikləri planet Yupiterdən 1,49 dəfə böyükdür.
Elm adamları bir neçə aya fəaliyyəti bərpa olunacaq “James Webb” teleskopundan istifadə edərək sözügedən ekzoplanetlə bağlı araşdırmaları davam etdirməyi planlaşdırıblar.