Fransadakı yəhudilərin əksəriyyəti təqib və antisemitizmdən şikayətlənir - SORĞU
26 yanvar 2022 08:20 (UTC +04:00)

Fransadakı yəhudilərin əksəriyyəti təqib və antisemitizmdən şikayətlənir - SORĞU

Fransada yaşayan yəhudilərin əksəriyyəti fransız cəmiyyətində antisemitizmin geniş yayıldığını hesab edir ki, bu da onların sıxışdırılması, lağ obyektinə çevrilməsi və milli mənsubiyyətini gizlətmək məcburiyyətində qalması ilə nəticələnir.

Lent.az Fransa mətbuatına istinadən xəbər verir ki, müvafiq araşdırma Amerika Yəhudi Komitəsi (AJC) və Fransa Siyasi İnnovasiya Fondunun sifarişi ilə Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutu (IFOP) tərəfindən aparılıb.

Belə ki, sorğuda iştirak edən 500-dən çox yəhudi məzhəbindən və ya mədəniyyətindən olan fransızın 85%-i antisemitizmin geniş yayılmış bir fenomen olduğuna inanır, 73%-ə görə isə bu, artmaqda davam edir. 

Yarıdan çoxu lağ edildiyini, gülüş obyektinə çevirildiyini təsdiqləyib, respondentlərin 30%-i mütəmadi olaraq təhqir olunub (digər 23% - ən azı bir dəfə). 

Sorğuda iştirak edənlərin 24%-i isə yəhudi icmasına mənsub olduqları üçün həyatlarında ən azı bir dəfə sağlamlıqlarına və ya əmlaklarına təhlükə ilə üzləşiblər. 7%-i əmlaklarının mütəmadi olaraq zədələndiyini, 8%-i isə təkrar fiziki zorakılıq hallarından şikayətləndiyini bildirib.

Bu fenomenin miqyası və qərəzin davamlılığı sabit qalırsa, təxminən hər üç fransızdan biri - 30%  yəhudilərin orta sakindən daha zəngin olduğuna, dörddə biri - maliyyə və mediada həddindən artıq gücə sahib olduğuna inanır. 

Araşdırmanın ən diqqət çəkən tərəfi məktəb və uşaqlarla bağlıdır.

AJC Avropa Bürosunun direktoru Simone Rodanın sözlərinə görə, Sena-Saint-Denis departamentində və Parisin bəzi bölgələrində valideynlər bu səbəbdən uşaqlarını dövlət məktəblərindən çıxarırlar. Valideynlərin 60%-i övladlarından müəyyən ərazilərə getməməyi, 55%-i yəhudi icması ilə əlaqə yaratmağa imkan verən əşyalar geyinməməyi xahiş edir. 

Valideynlərin 45%-i də övladlarından milli mənsubiyyətləri barədə heç kimə danışmamağı xahiş edir.

Sorğu noyabrın 24-dən yanvarın 10-dək fransızların üç qrupu - 521 yəhudi konfessiyasının nümayəndəsi, 501 nəfər müsəlman və daha 1,5 min fransız cəmiyyətinin kvota üzrə seçilmiş nümayəndəsi arasında aparılıb.

Respondentlərin əksəriyyətinin əsas problemi ölkədə İsrailə nifrət bəslənməsidir. Ancaq son vaxtlar buna anti-vaksçılar və ifrat sağçılar arasında yayılan şayiələr də əlavə olunur. Sonuncular bunun səbəbini Fransada müsəlman konfessiyasının nümayəndələri arasında radikal islamçı ideyaların yayılmasında görür.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35