Fransa prezidentliyinə namizədin  başına yumurta atıldı
12 mart 2022 19:55 (UTC +04:00)

Fransa prezidentliyinə namizədin başına yumurta atıldı

0

Fransanın cənub-qərbində yerləşən Muassak kommunasına səfəri zamanı Fransa prezidentliyinə namizəd Erik Zemmuranın başına yumurta atılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə martın 12-də, kommunanın meriyasının yaxınlığında, siyasətçi maşından düşən zaman baş verib.

Uumurtanı əlil uşaq atasının atdığı vurğulanıb. Hadisənin motivləri barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Fransada prezident seçkiləri iki turda - aprelin 10-da və 24-də keçiriləcək. Konstitusiya Şurası martın 7-də hazırkı dövlət başçısı Emmanuel Makron da daxil olmaqla, prezidentliyə iddialı 12 namizədi qeydə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1784

Oxşar yazılar