Əfqanıstanın Nəngərhar vilayətində partlayış baş verib.
APA-nın məlumatına görə, hadisə nəticəsində azı 15 nəfər həlak olub, 30-dan insan yaralanıb.
Ölənlərdən səkkiz nəfərin dinc sakin olduğu deyilir. Minalanmış avtomobil qubernatorun iqamətgahının yaxınlığında partlayıb, daha sonra silahlı terrorçular iqamətgaha girməyə cəhd etsələr də, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdiriliblər.