Rusiyada gəmidə baş verən ölüm rezonans doğurub.
Lent.az ölkə KİV-ə istinadla bildirir ki, hadisə Perm vilayətində “Sızran” gəmisində qeydə alınıb.
Şirkətlərdən birinin taxıllarını gəminin anbarına yükləyən fəhlə ehtiyatsızlıqdan anbara düşüb.
İlkin məlumata görə, hadisəyə səbəb yükləmə zamanı təhlükəsizlik tədbirlərinin görülməməsi olub. Anbara düşən fəhlə uzun müddət kömək üçün qışqırsa da, onu eşidən olmayıb.
Axtarışlar zamanı onun cəsədi tonlarla taxılın altından tapılıb.
Faktla bağlı “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi başlanıb.