FACİƏLİ ÖLÜM ÖPÜŞÜ  - Məhbusa narkotiki bu üsulla ötürdü 
18 avqust 2022 19:09 (UTC +04:00)

FACİƏLİ ÖLÜM ÖPÜŞÜ - Məhbusa narkotiki bu üsulla ötürdü 

Tennessi ştatındakı həbsxanalardan birində hər kəsi heyrətləndirən ölümcül hadisə baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, narkotik qaçaqmalçılığına görə həbsdə yatan Coşua Braunla görüşə gələn Reyçel Dollard adlı qadın onunla öpüşəndən sonra məhbus huşunu itirib. 

Məhbus yerli xəstəxanalardan birinə çatdırılsa da dünyasını dəyişib. 

Həbsxana səlahiyyətlilərinin dediyinə görə, onların arasında dəfələrlə belə görüşlər baş verib. Ölüm hadisəsindən sonra məlum olub ki, Dollard ağzında ağzında yarım unsiya metamfetamin gizlədib və onu öpüş vasitəsilə Brauna ötürə bilib. Sonuncu görüşdə Braun bir top narkotik udub, lakin maddənin dozası həddindən artıq olduğundan ölüb.
 
Qeyd edək ki, R.Dollard ikinci dərəcəli qətl və cəzaçəkmə müəssisəsinə qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, C.Braun Tennessi İslah Departamentinin və Dikson dairəsi Şerif Departamentinin xüsusi agentləri tərəfindən nəzarətə götürülmüşdü. O, narkotik qaçaqmalçılığında ittiham olunurdu. Onun cəza müddəti 2029-cu ildə bitməli idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2646
avatar

Oxşar yazılar