Evləndikdən 3 dəqiqə sonra boşandılar
15 sentyabr 2023 12:07 (UTC +04:00)

Evləndikdən 3 dəqiqə sonra boşandılar

Küveytdə cütlük evləndikdən 3 dəqiqə sonra boşanmaq qərarına gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu Küveyt tarixində ən qısa evlilik hesab olunur.

Mərasimdən dərhal sonra bəy arvadını büdrədiyi üçün “axmaq” adlandırıb. Qız əsəbiləşərək nikahı pozmaq üçün hakimin yanına gedib. Nəticədə cütlük ər-arvad elan edildikdən üç dəqiqə sonra Küveytdə boşanıb.

Qeyd olunub ki, kişi toy mərasimindən dərhal sonra onu alçaltdığı üçün qız çox əsəbiləşib və hakimdən nikahı  pozmasını tələb edib. Hakim razılaşıb və toydan üç dəqiqə sonra nikahı ləğv edilib.

Cütlük nigah evini ər-arvad kimi tərk edə bilməyib. Buna görə də Küveyt tarixində ən qısa evlilik hesab olunur.

Sosial şəbəkə istifadəçiləri qadına dəstək olub və onun düzgün hərəkət etdiyini bildiriblər. Xüsusən də internetdə yazıblar ki, kişi əvvəldən özünü belə aparırsa, onu tərk etmək daha yaxşıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4881

Oxşar yazılar