Ukrayna ordusuna əsir düşən rus əsgəri acı etiraflar edib.
Lent.az-ın məlumatına görə, o, Rusiya ordusundakı xaotik vəziyyətdən danışıb.
Əsgər bildirib ki, o topçudur:
“Topu atmağa mərmimiz yoxdur. Bizim mərmilər metal qırıqlarını xatırladır”.
Əsir əsgər Kadirovçulardan da danışıb. O bildirib ki, onlar vuruşmurlar:
“Çeçen batalyonları sadəcə maşınla gəlirlər, bir az görünüb gedirlər. Ya da əsir ukraynalı qadınları zorlayırlar”.
Əsgərin sözlərinə görə, Ukraynanın “Yaşamaq istəyirəm” layihəsi əsasında əsirliyə razı olub. Bu layihədə iştirak edənlərin sayı minlərlədir.
Təkcə mart ayında 3 minə yaxın rus əsgəri və zabiti könüllü əsir düşməyə razı olub.