Ermənistanın Sünik bölgəsində uzunluğu 5,7 kilometr olan kanat xətti elektrikin kəsilməsi səbəbdən dayanıb.
APA xəbər verir ki, kanatdan asılı qalan kabinələrdə 30-dan çox ziyarətçi var.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Faktı təsdiqləyib.
Qeyd edilib ki, hadisə vaxtı kabinələrdən birində 20-22, digərində isə 10-15 nəfər olub.
Kanatda hərəkət dayandırılıb.