Ermənistanda hərbçi özünü güllələdi -  YENİLƏNİB
15 iyul 2022 15:33 (UTC +04:00)

Ermənistanda hərbçi özünü güllələdi - YENİLƏNİB

0

Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 8-ci Qarnizon İstintaq İdarəsində çağırışçı Arsen Manukyanın ölümünün hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Lent.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, iyulun 14-də saat 10:25 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi Arsen Manukyan döyüş mövqeyində müşahidəçi vəzifəsini yerinə yetirərkən ona təyin edilmiş AKM avtomatından özünə atəş açıb.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

***

14 iyul, saat 14:55

Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeyində hərbçi ölüb.

Lent.az Ermənistan KİV-nə istinadla  bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sıravi əsgər, 19 yaşlı Arsen Armenoviç Manukyanın meyiti tapılıb. 

Baş nahiyəsindən güllə yarası olan əsgərin meyiti iyulun 14-də saat 10:25 radələrində  döyüş mövqeyində aşkar edilib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2298

Oxşar yazılar