Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.
Lent.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.
Seyran Saroyan 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub. 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrində alay, briqada, 2-ci və 4-cü ordu korpusunun komandiri olub.
2000-ci ildə Saroyana general-mayor rütbəsi verilib.
2007-ci il mayın 12-də Milli Məclisə deputat seçilib.
2018-ci ildə Respublikaçılar Partiyasından ayrılaraq siyasətdən gedib.