Erməni ilə venesuelalı birləşib Fransada...
13 yanvar 2022 01:28 (UTC +04:00)

Erməni ilə venesuelalı birləşib Fransada...

Fransa polisi Monpelye şəhərində 2 nəfəri həbs edib.

Lent.az-ın xəbərinə görə, Monpelye şəhərində yaşlı qadın bankomatdan pulunu çıxardıqdan sonra tramvay dayanacağına yaxınlaşıb. Bu zaman o, kartının və çıxardığı pulların üstündə olmadığını hiss edərək polisə xəbər verib.

Hadisə yerinə gələn polislər çox keçmədən cibgirliyi törədən şəxsi saxlayıblar. Onlardan birinin Ermənistan, digərinin Venesuela vətəndaşı olduğu müəyyən edilib.

Hər 2 şəxs hakim qarşısına çıxarılıb. Monpelye şəhər məhkəməsinin qərarı ilə cibgirlər deportasiya olunmaq üçün müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər. Deportasiya gələn həftəyə nəzərdə tutulub.  
 

# 1461
avatar

Oxşar yazılar