Ərinin və uşaqlarının cəsədi tapılan ananın FACİƏSİ
07 fevral 2023 15:41 (UTC +04:00)

Ərinin və uşaqlarının cəsədi tapılan ananın FACİƏSİ

Hatayın Altınözü rayonunda zəlzələdə çökən binanın altında qalan müəllim 32 yaşlı Uğur Yılmazın və 2 uşağının cəsədləri tapılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və 10 əyaləti əhatə edən zəlzələdə Hatayın Altınözü rayonunda sinif müəllimi işləyən Uğur Yılmaz, 2 yaşlı qızı İnci, 4 yaşlı oğlu Mert və həyat yoldaşı Melike Yılmaz çökən binanın altında qalıb.

Səhər saatlarında Uğur Yılmaz və 2 uşağının cəsədlərinə tapılıb. Onun həyat yoldaşı Melike Yılmaz dağıntılar altından xilas edilib. Meyitlərin bu gün Yılmaz ailəsinin məmləkəti Karamanın Ermenek rayonuna gətiriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Fidan İlqar

Oxşar yazılar