Əri ilə dalaşıb uşaqları 23-cü mərtəbədə ÖLÜMƏ BURAXDI
11 oktyabr 2024 18:41 (UTC +04:00)

Əri ilə dalaşıb uşaqları 23-cü mərtəbədə ÖLÜMƏ BURAXDI

Çində qadın əri ilə mübahisə edərək uşaqlarını 23-cü mərtəbədəki kondisionerin üstünə qoyub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Henan əyalətində iki uşaq ailə münaqişəsindən sonra təhlükəli vəziyyətə düşüb. Yaşayış kompleksinin 23-cü mərtəbəsində ana övladlarını - oğlan və qızını pəncərədən çıxararaq kondisionerin üstündə oturmağa məcbur edib.

Hadisə şahidlərinin dediyinə görə, ər-arvad arasında münaqişə o həddə çatıb ki, pəncərənin alt tərəfində oturan qadın oğlu və qızına yenidən mənzilə qayıtmağa imkan verməyib. Uşaqlar çox qorxublar, xüsusən də qız ağlayaraq onu içəri buraxması üçün anasına yalvarıb.

Tezliklə qonşular polis çağırıb və hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qardaş və bacıları təhlükəsiz yerə köçürüblər. Sosial şəbəkə istifadəçiləri övladlarının təhlükəsizliyinə kobud etinasızlıq göstərdiyinə işarə edərək, ananın hərəkətini şiddətlə qınayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2532
avatar

Oxşar yazılar