Ortada örnək göstəriləcək tək bir əsərləri olmayanlar zəlzələdən əziyyət çəkən əhalimizin sıxıntılarını çözə bilərmi? Əlbəttə ki, yox!
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Belə bir komandaya nəinki Türkiyə, adicə bir baqqal dükanı belə əmanət edilə bilməz”, - o, əlavə edib.
Ərdoğan xalqı səsvermələrdə fəal olmağa səsləyib: “Sizlərdən ölkənin taleyi ilə oynayanlara “dur” deməyinizi gözləyirəm. Sizlərdən Türkiyənin gələcəyi üçün sandığa getməyinizi istəyirəm”.