Ərdoğan  onu tərifə boğan nazirə tərs-tərs baxdı,  həmkarları güldü
13 oktyabr 2025 12:13 (UTC +04:00)

Ərdoğan onu tərifə boğan nazirə tərs-tərs baxdı, həmkarları güldü

0

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Rizədə açılış mərasimində iştirak edib və həmin tədbirdə iştirak edən Gənclik və İdman naziri Osman Aşkın Bakının tərif dolu çıxışı gündəm olub.

Lent.az xəbər verir ki, tədbirlə bağlı Anadolu Agentliyi geniş materialla çıxış edib.

Osman Aşkın Bakın

Tədbirdə Osman Aşkın Bakının çıxışında Prezident Ərdoğana yönələn tərif dolu sözlər yağdırarkən Ərdoğanın ona baxışı, heç bir reaksiya verməməsi diqqət çəkib. Bu barədə sosial mediada da kifayət qədər paylaşımlar edilib.

Nazir çıxışının davamında bu sözləri əlavə edib:

“Dayanmaq yoxdur, yola davam deyirəm. Əndişələnmə, igidim, zaman bizdən yanadır. Dünya sənə düşmən olsa da, Rize səndən yanadır, Türkiyə səndən yanadır. Yolun sonuna qədər, Rəcəb Tayyib Ərdoğan!”

Nazirin bu sözlərinə həmkarlarının da gülümsədiyi müşahidə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 658

Oxşar yazılar