Epşteyn   ölməyib - Yeni sənədlər ÜZƏ ÇIXDI
11 fevral 2026 12:44 (UTC +04:00)

Epşteyn ölməyib - Yeni sənədlər ÜZƏ ÇIXDI

0

Bu yaxınlarda məxfilikdən çıxarılan sənədlər göstərib ki, Ceffri Epşteynin 2019-cu ildə ölümündən sonra həbsxana mühafizəçiləri jurnalistləri yayındırmaq üçün maketdən istifadə ediblər.

Lent.az xəbər verir ki, “Daily Mail”in yazdığına görə, media nümayəndələri “meyiti” izlədiyi vaxt əsl Epşteyn gizli şəkildə başqa avtomobillə daşınıb.

Sənədlərə əsasən, Manhetten həbsxanasının əməkdaşları qutuları və çarpayı örtüklərini insan bədəninə bənzər formada yığıb və onları üzərində “Baş Məhkəmə-Tibbi Ekspertiza İdarəsi” yazılmış ağ furqona yerləşdiriblər. Jurnalistlər həmin furqonu izləyiblər, lakin əslində Epşteynin cəsədi artıq sakit şəkildə ərazini tərk edən qara avtomobildə olub.

Sənədlərdə həmçinin Epşteynin kamerasında tapılan əlyazma qeyd də xatırladılır. Məhkəmə-tibbi ekspert bunun intihar məktubu olmadığını bildirib. Qeyddə həbsxanadakı saxlanma şəraiti — yemək, duş və həşəratlarla bağlı şikayətlər yer alıb.

Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkun federal islah müəssisəsində ölü tapılıb. O, cinsi istismar məqsədilə insan alverində ittiham olunub. Məhkəmə-tibbi ekspert ölümün asılma nəticəsində baş verdiyini müəyyən etsə də, həbsxanadakı pozuntular səbəbilə bu nəticə dəfələrlə şübhə altına alınıb: mühafizəçilərin postda yuxulaması və müşahidə kameralarının fasilələrlə işləməsi kimi hallar üzə çıxıb.

Bu problemlərə görə hakimiyyət orqanları Epşteynin həyatının son dəqiqələrini dəqiq şəkildə izləyə bilməyiblər. Yeni sənədlər isə həbsxana əməkdaşlarının onun cəsədinin daşınması prosesini jurnalistlərdən gizlətməyə necə cəhd göstərdiklərinə dair əlavə təfərrüatlar ortaya qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar