Jul Teobald
06 oktyabr 2021 02:21 (UTC +04:00)

Jul Teobald

Ən yaşlı fransız 112 yaşında öldü - FOTO

Fransanın ən yaşlı sakini Jul Teobald 112 yaşında dünyasını dəyişib.

Lent.az “France-Antilles” portalına istinadən xəbər verir ki, Teobald Martinika departamentinin izibati mərkəzi Fort-de-Frans şəhrində yaşayıb.

O, 2019-cu ildə 111 yaşlı Roje Ovenin ölümündən sonra Fransanın ən yaşlı sakini idi.

Qeyd edək ki, Teobald əvvəllər balıqçı olub. Ailə üzvləri onu “Akula” deyə çağırırdı. 

Teobaldun rəsmi olaraq 17 aprel 1909-cu ildə anadan olduğu bildirilir. Lakin iki il əvvəl doğulduğu barədə də məlumatlar var. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2317

Oxşar yazılar