Ən xoşbəxt günündə ŞƏHİD OLAN  qadın
24 oktyabr 2024 10:40 (UTC +04:00)

Ən xoşbəxt günündə ŞƏHİD OLAN qadın

Türkiyənin paytaxtı Ankaranın Kahramankazan rayonunda törədilən terror aktı bütün dünyanın gündəmi oldu.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, şəhid olan iki uşaq anası Zahide Güçlü ilə bağlı sarsıdıcı təfərrüat ortaya çıxıb. Terror törədilən TUSAŞ-da mühəndis-mexanik işləyən Güçlü evlilik ildönümü üçün həyat yoldaşının göndərdiyi gülləri almağa gedirmiş. Həmin güllərin arxasınca gedərkən vurularaq şəhid olduğu bildirilir.

Qeyd edək ki, Ankaranın Kahramankazan rayonunda Türkiyə Aerokosmik Sənayesi obyektlərində gündüz saatlarında terror aktı törədilib. Obyektlərin girişində bomba partladıqdan sonra biri qadın olmaqla 2 terrorçu uzun lüləli silahlarla hücum həyata keçirib. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə terrorçular zərərsizləşdirilərkən, xain hücumda 5 vətəndaş şəhid olub.

Zahide Güçlü aparıldığı Yenimahalle Təhsil və Araşdırma Xəstəxanasında dünyasını dəyişib.

Onu da qeyd edək ki, terror zamanı Cengiz Coşkun, Zahide Güçlü, Hasan Hüseyin Cambaz və Atakan Şahin Ərdoğan, həmçinin terrorçuların istifadə etdiyi taksinin sürücüsü Murat Arslan şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5952
avatar

Cavidan HUN

Oxşar yazılar