Frnasanın paytaxtı Parisdə ölkənin ən qədim Rünji beynəlxalq bazarı yanıb.
Lent.az xəbər verir ki, bu barədə “Twitter”də şəhər Yanğından Mühafizə Xidməti məlumat yayıb.
Məlumata görə, yanğın Şevilyi-Laryü kommunası ərazisindəki anbarda baş verib. Hadisə yerinə Paris yanğınsöndürənləri gəlib.
Zərərçəkənlər barədə məlumat verilməyib.
Yanğından Mühafizə Xidməti vətəndaşlara müraciət edərək, yanğın baş verən ərazidən uzaqlaşmağı, habelə xidməti avtomobillərin keçidi üçün yolları təmizləməyi xahiş edib.