Ən çox dövlət borcu olan ölkələr – SİYAHI
25 iyul 2021 14:52 (UTC +04:00)

Ən çox dövlət borcu olan ölkələr – SİYAHI

Yaponiya dünyada ən çox dövlət borcu olan ölkədir.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Yaponiyanın dövlət borcu ölkənin ümumi daxili məhsulunun (ÜDM) 234 faizini təşkil edir.

Bu göstərici üzrə digər lider ölkələr bunlardır: Böyük Britaniyanın borcu ümumi daxili məhsulun 144 faizi qədərdir. ABŞ-da bu göstərici 160, Avropa zonasında 120,4 faizdir.

Dünyanın bütün ölkələrinin məcmu ictimai borcu ümumi ÜDM-in 105 faizini təşkil edir.

Pandemiya fonunda iqtisadi dəstək tədbirləri bir sıra dövlətlərdə inflyasiyanın artmasına səbəb olub. Xüsusilə, ABŞ-da istehlak qiymətləri 5,4 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3951
avatar

Oxşar yazılar