“İndi əməliyyatların coğrafiyası başqadır. Bu, yalnızca DXR və LXR (qondarma Donetsk və Luqansk respublikaları – red.) deyil, bu həm də Xerson, Zaporojye vilayətləri və digər ərazilərdir, bu proses davam edir – özü də ardıcıl və davamlı şəkildə gedir”.
Lent.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
XİN başçısı xəbərdarlıq edib ki, əgər Qərb ölkələri Kiyevi uzaqmənzilli silahlarla, xüsusən də ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sistemləri ilə təmin edərsə, o zaman hərbi əməliyyatların coğrafi məqsədləri daha da genişlənəcək.
Qeyd edək ki, iyunun 24-də HIMARS-ın Rusiyanın Ukraynaya təcavüzünə qarşı müqavimətdə istifadəsinə dair video yayılmağa başlayıb. Videoda görünür ki, gecə saatlarında Rusiya qoşunlarının mövqelərinə 6 raket atılıb.