Əli Həsənovun şəriki Mehrac Babayevin qaçaqmalla Moskvada tutulan oğlu Ziya Babayevdən yeni xəbər var.
Lent.az-ın əldə etdiyi məlumata görə, Ziya Babayev İsveçrənin Cenevrə şəhərində universitetlərdən birində təhsil alırmış. Amma bir müddət əvvəl universitetdən xaric edilib. Buna səbəb mütəmadi olaraq dərslərindən yayınması olub.
Ona dərs deyən müəllimlərdən birinin “Naşa Qazeta”ya bildirdiyinə görə, dərsdə “bir yerdə otura bilmirdi” və tez-tez auditoriyanı tərk edirdi.
Z.Babayevə fransız dili tədris edən müəllimin açıqlaması isə daha maraqlıdır. “Mən bu vaxt ərzində ona fransız dilində ilin aylarını sıralaması ilə öyrədə bilmədim”.