Gillermo Lasso
20 oktyabr 2021 04:11 (UTC +04:00)

Gillermo Lasso

Ekvador prezidenti narkotiklə bağlı ölkədə fövqəladə vəziyyət elan etdi

Ekvador Prezidenti Gillermo Lasso ölkədə fövqəladə vəziyyət elan edib.

APA “The Guardian” nəşrinə istinadən xəbər verir ki, prezident bu qərarı ölkədə genişlənməkdə olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə verib.

Ekvador rəhbəri xalqa müraciətində narkotik ticarətini ölkənin bir nömrəli düşməni adlandırıb.

Prezident qeyd etdi ki, Ekvador tranzit ölkə statusundan narkotik istifadə edən ölkəyə çevrilib:

“Ölkədə mövcud olan narkotik problemi nəinki istehlak edilən qanunsuz maddələrin həcmində, həm də onlarla birbaşa və ya dolayısı ilə əlaqəli cinayətlərin sayında ifadə olunur. Cinayətlər, soyğunçuluq, oğurluq və s. bu kimi hallar məhz narkotik ticarətinin artmasından qaynaqlanır”.

# 996
avatar

Oxşar yazılar