Ekvadorun Quayakil şəhərində həbsxanada baş verən qiyam nəticəsində ölənlərin sayı 21nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə Ekvadorun baş prokuroru məlumat yayıb.
Məlumatda polis əməkdaşları da daxil olmaqla 11 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, iyulun 23-də Ekvadorda bir neçə həbsxanada iğtişaşlar baş verib. Beş cəzaçəkmə müəssisəsində 90-a yaxın mühafizəçi məhbuslar tərəfindən girov götürülüb.