Əfqanıstanın Ali Təhsil Nazirliyi ölkənin özəl universitetlərinə gələn ay qızları qəbul imtahanlarına buraxmamağı tapşırıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.
Nazirlik fevralın sonunda imtahan keçiriləcək universitetlərə müvafiq məktub ünvanlayıb.
Bildirilib ki, qaydalara əməl etməyən universitetlər məsuliyyətə cəlb olunacaq.