Əfqanıstanda güclü zəlzələ: 1411 ölü  - YENİLƏNİB
02 sentyabr 2025 15:00 (UTC +04:00)

Əfqanıstanda güclü zəlzələ: 1411 ölü - YENİLƏNİB

0

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların sayı 3124 nəfər olub.

"5400-dən çox ev isə tamamilə dağılıb", - o vurğulayıb.

***

1 sentyabr, saat 13:19

Əfqanıstanda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 800-ü ötüb.

Lent.az xəbər verir ki, bu barədə Talibanın hökumət sözçüsü bildirib.

Qeyd edilib ki, zəlzələ nəticəsində 2700-dən çox yaralı var.

***

saat 09:46

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.

Lent.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.

Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.

***

07:42

Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş 6 bal gücündə zəlzələ azı 250 nəfərin həyatına son qoyub.

Lent.az xəbər verir ki, ABŞ Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.

Cəlalabaddan 27 kilometr şimal-şərqdə baş vermiş zəlzələ yerin 8 kilometr dərinliyində qeydə alınıb.

Yerli mətbuat zəlzələ nəticəsində azı 250 nəfərin öldüyünü, 500-dən çox insanın yaralandığını açıqlayıb.

***

06:34

Əfqanıstanın şərqində baş vermiş zəlzələ nəticəsində iki nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu haqda “Agence France-Presse” məlumat yayıb.

"Əfqanıstanın şərqində baş vermiş 6,0 bal gücündə zəlzələ zamanı binanın uçması nəticəsində iki uşaq ölüb, azı 15 nəfər yaralanıb", - məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanın Cəlalabad şəhərindən 57 kilometr şimal-şərqdə, yerin 35 kilometr dərinliyində 6,2 maqnitudalı zəlzələ baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2886

Oxşar yazılar